Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verilən avadanlıqların dəyərinin illik dinamikası üzrə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verilən avadanlıqların dəyərinin illik dinamikası üzrə renkinqi
# 26 yanvar 2011 15:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə ölkədəki lizinq şirkətlərinin lizinqə verdiyi avadanlıqların dəyərinin illik dinamikası (2010-cu il ərzində) üzrə sıralamasını təqdim edir.

Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətləri tərəfindən lizinqə verilən avadanlıqların dəyərinin illik dinamikası barədə məlumat verilir:

Lizinq şirkətləri

İllik artımı (%)

1

Ansar Leasing

15,83 dəfə

2

Joint Leasing

32,26

3

Nikoil Leasing

4,42

4

AtaLeasing

-18,82

5

AGLeasing

- 43,65

6

UniLeasing

- 56,01

7

Texnika Leasing*

-

8

MCB Leasing*

-

9

Parex Leasing and Factoring*

-



Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında verilən avadanlıqların dəyərinin artım dinamikasına görə «Ansar Leasing» şirkəti liderlik edir. Belə ki, bu şirkətin son bir ildə lizinqə verdiyi avadanlıqların dəyərinin artımı təxminən 16 dəfə olub. İlk üçlüyə həmçinin «Joint Leasing» və «Nikoil Leasing» şirkətləri daxildir.

Qeyd edək ki, «Texnika Leasing» şirkətinin 2009-cu ildə lizinqə verdiyi avadanlıqların dəyəri sıfıra bərabər olub.

Xatırladaq ki, «MCB Leasing» şirkəti 2009-cu ilin oktyabr ayında qeydiyyatdan keçib, maliyyələşdirməyə isə 2010-cu ilin iyun ayında başlayıb.

«Parex Leasing & Factoring» şirkəti isə göstəricilərini təqdim etməyib.

Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR