Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar Mərkəzi beynəlxalq quruma üzv olub

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar Mərkəzi beynəlxalq quruma üzv olub
# 27 yanvar 2011 10:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OICD) Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsinə üzv olub. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, hazırda həmin şəbəkədə 74 ölkənin əksəriyyəti mərkəzi bank olan 135-dən artıq dövlət təşkilatı təmsil olunur.

Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkənin qarşıya qoyduğu əsas məqsəd üzv ölkələrin aparıcı qurumları arasında iqtisadi və maliyyə savadlılığı üzrə informasiya və fikir mübadiləsinin təmin edilməsi, habelə beynəlxalq aləmdə bu sahədə mövcud olan qabaqcıl təcrübənin təbliğidir. Bu şəbəkəyə üzvlük həmçinin OICD-nin zəngin elektron kitabxanasından istifadə imkanı verir.

TİM geniş ictimaiyyətin, jurnalistlərin, tələbələrin maliyyə savadlılığının yüksəldilməsi, eləcə də bank-maliyyə sahəsində işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsinə başlayıb. Bu layihələrin icrası nəticəsində yaradılacaq inkişaf resursları ölkədə iqtisadiyyat və maliyyə savadlılığının səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR