«Texnika Leasing» ötən il nizamnamə kapitalını 2,4 dəfə artırıb

«Texnika Leasing» ötən il nizamnamə kapitalını 2,4 dəfə artırıb
# 27 yanvar 2011 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnika Leasing» QSC-nin lizinq portfelinin ümumi həcmi 2011-ci ilin yanvar ayının 1-nə 3,404 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan göstəricilərlə müqayisədə 15,11% azdır.

Şirkətin baş mühasibi Bilal Ruhullazadənin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində şirkətin lizinq müqavilələrinin sayı 63,6% azalaraq 20-yə, lizinqə verilən avadanlıqların dəyəri isə 2,88 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində şirkətin nizamnamə kapitalının həcmi 2,4 dəfə artaraq 6 mln. manat təşkil edib.

Lizinq portfelinin diversifikasiyasına gəldikdə isə portfelin 75%-i xüsusi təyinatlı tikinti texnikası, 20%-i minik avtomobilləri və 5%-i isə digər sahələrin payına düşüb.

Xatırladaq ki, «Texnika Leasing» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkət tərəfindən lizinq avadanlıqları illik 18-19% olmaqla, 6-24 ay müddətinə verilir. Lizinq avadanlıqlarının minimum dəyəri 20 min manat, ilkin ödəniş isə 20-25% olmalıdır. Şirkətin fəaliyyət dairəsi yalnız Abşeron iqtisadi rayonunu əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR