Azərbaycan banklarının mənfəəti ötən il kəskin azalıb

Azərbaycan banklarının mənfəəti ötən il kəskin azalıb
# 27 yanvar 2011 13:00 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilə nisbətən bu göstərici 141,02 mln. manat və ya 2 dəfə azalıb.

İlin yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (184,02 mln. manat) nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 324,09 mln. manata bərabər olub ki, bu da əvvəlki ilə nisbətən 83,88 mln. manat və ya 21,7% azdır. Qeyd edək ki, ötən il aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar 38,5% artıb.

Hesabat ilində bankların faiz gəlirləri 1 055,29 mln. manat, faiz xərcləri 551,60 mln. manat və nəticədə, xalis faiz mənfəəti 503,69 mln. manat təşkil edib. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 271,60 mln. manat, qeyri-faiz xərcləri isə 451,28 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 179,68 mln. manatlıq zərər yaranıb.

Qeyd edək ki, 2009-cu ilin yekunları ilə müqayisədə faiz mənfəəti 11,5% azalıb, qeyri-faiz zərəri isə 16,3% artıb. O cümlədən, faiz gəlirləri 2% artdığı halda, faiz xərcləri 18,5% artıb. Qeyri-faiz əməliyyatlarında isə gəlir və xərclər üzrə artım templəri müvafiq olaraq 5% və 9,2% olub.

«Ekonomist» jurnalının ekspertlərinin fikrincə, bankların maliyyə yekunlarının təhlili 2010-cu ilin bank sistemi üçün mürəkkəb və müəyyən dərəcədə uğursuz olduğunu göstərir. «Bunun əsas səbəbi kimi maliyyə və iqtisadi böhrandan sonra və böhranın mənfi təsirinin Azərbaycan bank sisteminə təsir etməməsi üçün banklar tərəfindən kredit fəaliyyətini müəyyən dərəcədə zəiflətməsini qeyd etmək lazımdır. Xüsusən də, bu, bankların ən gəlirli sahə olan istehlak kreditləşməsini kəskin şəkildə məhdudlaşdırmada əksini tapıb. Bununla paralel, bankların depozit portfelinin artımı əvvəlki templərlə davam edib. Nəticədə, bankların faiz gəlirlərinin artım tempinin kəskin azalması fonunda faiz xərcləri daha yüksək templərlə artıb. Bankların qeyri-faiz əməliyyatları isə əvvəlki dövrlərdə olduğu kimi, hələ də yalnız zərər «mənbəyidir». Bu da bank sistemi üçün artıq böyük problemə çevrilir və bankların birbaşa faiz gəliri gətirməyən əməliyyatlarının istənilən həddə faydalı aparılmadığını və kreditləşmə ilə bağlı olmayan bank xidmətlərindən lazımınca istifadə olunmadığını göstərir», - deyə «Ekonomist»in ekspertləri bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR