Azərbaycanda kreditlərin ümumi həcmi son bir ildə 9% artıb

Azərbaycanda kreditlərin ümumi həcmi son bir ildə 9% artıb
# 27 yanvar 2011 13:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən verilən kreditlərin ümumi həcmi 2011-ci il yanvar ayının 1-nə 9 163,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% çoxdur. Eyni zamanda, ötən ilin dekabr ayında bu göstərici 0,7% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kredit portfelində əsas hissə ev təsərrüfatlarına verilən kreditlərin payına düşür. Belə ki, həmin kreditlərin payı 29,5% təşkil edir. İkinci yeri tutan ticarət və xidmət sahəsinə verilən kreditlərin payı isə 24,1%-ə bərabərdir. Qeyd edək ki, istehlak kreditlərinin xüsusi çəkisinin illik artımı 1,8 faiz bəndi, ticarət və xidmət sahəsinə verilən kreditlər üzrə isə bu göstərici 2,3 faiz bəndi təşkil edib.

Kredit təşkilatlarının portfelində özəl bankların payı 5 069,9 mln. manat və ya 55,3%, dövlət bankının (Azərbaycan Beynəlxalq Bankı) isə 3 901,9 mln. manat və ya 42,6% təşkil edib. Bundan başqa, 191,6 mln. manat və ya ümumi kredit portfelinin 2,1%-i bank olmayan kredit təşkilatlarının payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR