Gələn ay «Qala Həyat» şirkətinin səhmdarlarının illik toplantısı keçiriləcək

Gələn ay «Qala Həyat» şirkətinin səhmdarlarının illik toplantısı keçiriləcək
# 28 yanvar 2011 06:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il fevral ayının 28-də «Qala Həyat» sığorta şirkətinin səhmdarlarının növbəti illik toplantısı keçiriləcək. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda 2010-cu ilin maliyyə göstəriciləri və 2011-ci il üçün strateji inkişaf planının ilkin müzakirəsi aparılacaq.

Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Ötən ilin noyabr ayının 30-da şirkətin adı «Qala Həyat» sığorta şirkətinə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət 5 könüllü (həyat sığortası) və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR