Azərbaycanda məcburi sosial sığorta haqlarının dərəcələri dəyişdirilməyəcək

Azərbaycanda məcburi sosial sığorta haqlarının dərəcələri dəyişdirilməyəcək
# 28 yanvar 2011 09:24 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, Azərbaycanda hazırda qüvvədə olan əmək haqqının 25%-lik məcburi sosial sığorta haqları üzrə faiz dərəcəsi hətta digər ölkələrlə müqayisədə normal həddir.

S.Müslümov qeyd edib ki, faiz dərəcələrinin işəgötürən və işçi arasında bölünməsi nisbəti baxımından dəyişdirilməsi üzrə təkliflər nəzərdən keçirilir.

Qeyd edək ki, hazırda 25%-in 22%-ni işəgötürən, 3%-ni isə işçi ödəyir. S.Müslümov vurğulayıb ki, nisbətin dəyişməsinə gəldikdə burada işəgötürənin payının azaldılması və müvafiq olaraq işçinin payının artırılması məsələsinə baxılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR