Ziyad Səmədzadə: «Azərbaycanda bölgələrin vergi daxilolmalarında payı 35%-ə çatdırılmalıdır»

Ziyad Səmədzadə: «Azərbaycanda bölgələrin vergi daxilolmalarında payı 35%-ə çatdırılmalıdır»
# 28 yanvar 2011 09:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda regionlarda yığılan vergi ölkə üzrə ümumi vergi yığımlarının 30-35%-nə çatdırılmalıdır. «APA-Economics»in xəbərinə görə, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Z.Səmədzadə ötən il regionlardan yığılan 400 mln. manatın pis göstərici olmadığını qeyd edib: «Ənənəvi olaraq ölkə üzrə vergilərin 80%-i Bakıya məxsus olub. Regionlardakı bəzi iri müəssisələr də vergiləri mərkəzdə ödəyir. Regionların inkişafı ilə əlaqədar olaraq təbii ki, büdcə gəlirlərinin formalaşmasında da müsbət dəyişikliklər olmalıdır və biz yaxın vaxtlarda 30-35% rəqəminə çatmalıyıq. Çünki regionlarda aparılan işlər imkanlarımızı genişləndirir».

Qeyd edək ki, Azərbaycanda məcmu vergi yığımlarının həcmi 2010-cu ildə 4,294 mlrd. manat təşkil edib, bu isə əvvəlki ilin analoji göstəricisindən 160,6 mln. manat və ya 3,9% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR