Azərbaycanda sosial sığorta sisteminə cəlb olunanların sayının artırılması istiqamətində ciddi işlər aparılacaq

Azərbaycanda sosial sığorta sisteminə cəlb olunanların sayının artırılması istiqamətində ciddi işlər aparılacaq
# 28 yanvar 2011 10:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda məcburi sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfər təşkil edir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. Fondun sədri qeyd edib ki, 2010-cu il ərzində Fond tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi uçot hesabı açılıb.

Eyni zamanda S.Müslümovun sözlərinə görə, sığortaolunanların sayının ölkə üzrə pensiyaçıların sayına (təxminən 1,3 mln. nəfər) nisbəti dünya praktikasında qəbul olunmuş normalar baxımından hələ də məqbul səviyyədə deyil. Bu səbəbdən sığortaolunanların sayının artırılması istiqamətində ciddi işlər aparılacaq. Bununla bağlı ölkə prezidenti tərəfindən tapşırıqların verildiyini vurğulayan S.Müslümov bildirib ki, artıq bir neçə konkret addım atılıb. Belə ki, müvafiq qərara əsasən, bütün qurum və təşkilatlar dəyəri 50 min manatdan artıq olan tenderlərin sənədləri Vergilər Nazirliyinə təqdim etməlidir. Bununla tenderlərdə nəzərdə tutulmuş əmək haqqı fondu və müvafiq məlumatlar əldə olunacaq ki, bu da öz növbəsində DSMF-yə bu məlumatların ötürülməsindən sonra sığortaya cəlb olunma prosesində yardım edəcək.

S.Mövsümov həmçinin bəyan edib ki, sığortaolunanların sayının artırılması prosesində bir sıra sahələr üzrə konkret kənarlaşmalar var. Belə ki, kənarlaşmalar pərakəndə ticarət, tikinti, aqrar və fərdi sahibkarlıq sahələrində qalmaqdadır.

Ümumilikdə, Azərbaycanda iqtisadi fəal əhaliyə (təxminən 4,5 mln. nəfər) məcburi sosial sığorta sistemində sığortaolunanların sayının nisbətinin artırılması istiqamətində ciddi addımlar nəzərdə tutulur. Məqsəd bütün işləyənlərin sosial sığorta sisteminə cəlb olunmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR