«Deka Bank» ötən il aktivlərini 36% artırıb

«Deka Bank» ötən il aktivlərini 36% artırıb
# 28 yanvar 2011 11:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 44,042 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstəriciyə nisbətən 36% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 2 dəfə artaraq 17,166 mln. manat, o cümlədən əhalinin əmanətləri 11,322 mln. manat olub. Həmçinin, bankın kredit portfeli 50,4% artaraq 38,642 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi təxminən 2 dəfə artaraq 11,345 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 10,3% artaraq 14,092 mln. manat, o cümlədən nizamnamə kapitalı 30% artaraq 12,439 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 5,7% azalaraq 5,174 mln. manat, xərcləri isə 53,6% artaraq 4,060 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 61% azalaraq 1,114 mln. manat, xalis mənfəəti isə 1,089 mln. manat təşkil edib.

Xatırladaq ki, «Deka Bank» ASC 1992-cu ildə fəaliyyətə başlayıb. Cari il yanvar ayının 1-nə bankın 7 filialı, 1 bankomatı və 16 POS-terminalı və 94 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR