«Parabank» ötən il mənfəətini 76% artırıb

«Parabank» ötən il mənfəətini 76% artırıb
# 28 yanvar 2011 12:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 108,638 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvarın 1-i ilə müqayisədə 22,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 23,9% artaraq 73,418 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 24,1% artaraq 39,138 mln. manata, 12 ayadək verilmiş kreditlərin həcmi 21,3% artaraq 18,177 mln. manata, 12 aydan artıq müddətə verilmiş kreditlərin həcmi 25% artaraq 55,240 mln. manata, vaxtı keçmiş kreditlərin həcmi isə 36% artaraq 3,695 mln. manata çatıb. Bu müddət ərzində bankın depozit portfeli 22% genişlənərək 63,775 mln. manat, o cümlədən əhalinin əmanətləri 21% artaraq 61,890 mln. manat təşkil edib.

Həmçinin, bankın məcmu kapitalı 13,92% artaraq 13,141 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,90% artaraq 11,570 mln. manat olub.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 38,7% artaraq 18,932 mln. manat, xərcləri isə 37,8% artaraq 18,342 mln. manat təşkil edib. Nəticədə, ötən il bankın əldə etdiyi mənfəətin həcmi 76% artaraq 591 min manat olub.

Bundan başqa, bu müddət ərzində bank tərəfindən əlavə 1 filial açılıb, 7 bankomat və 12 POS-terminal quraşdırılıb. Bununla yanaşı, son bir ildə bankın işçilərinin sayı 31% artaraq 461 nəfərə, orta aylıq əmək haqqı 9,3% artaraq 354 manata, müştərilərin sayı isə 0,6% artaraq 22 635-ə çatıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 137 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR