«Bakı Sığorta» şirkəti bazara yeni məhsul çıxarmağa hazırlaşır

«Bakı Sığorta» şirkəti bazara yeni məhsul çıxarmağa hazırlaşır
# 28 yanvar 2011 13:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkəti 2011-ci ilin I rübündə bazara yeni məhsul təqdim edəcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Mehman Əliyev bildirib.

M.Əliyevin sözlərinə görə, yaxın iki ay ərzində müştərilərə «Direktorların məsuliyyətinin sığortası» növünü təqdim edəcək. Könüllü sığorta növlərinə aid olan bu məhsul müəssisə və təşkilatlarda direktor vəzifəsində çalışan şəxslərin məsuliyyətinin sığortalamasını nəzərdə tutur.

M.Əliyev bildirib ki, bununla da şirkətin müştərilərə təqdim etdiyi könüllü sığorta növlərinin ümumi sayı 29-a çatdırılacaq. Həmçinin, şirkət 4 icbari sığorta növü üzrə də xidmətgöstərir.

Qeyd edək ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 2,59 mln. manat, sığorta ödənişləri isə 1,18 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR