«KredoBank» ötən il mənfəətini kəskin artırıb

«KredoBank» ötən il mənfəətini kəskin artırıb
# 29 yanvar 2011 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «KredoBank» ACS-nin aktivlərinin həcmi 2011-ci ilin yanvar ayının 1-nə 83,617 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan göstəriciyə nisbətən 29% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 18,3% azalaraq 11,139 mln. manat, kredit portfeli 38% artaraq 65,240 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 13% artaraq 8,282 mln. manata çatıb.

Təhlil aparılan il ərzində bankın məcmu kapitalı 22% artaraq 17,169 mln. manat, o cümlədən nizamnamə kapitalı 19% artaraq 15,540 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 22% artaraq 6,884 mln. manat, xərcləri isə 18,4% artaraq 6,579 mln. manat olub. Nəticədə 2010-cu ildə bankın mənfəəti təxminən 3,4 dəfə artaraq 305,370 mln. manata çatıb.

Bundan başqa, bu müddət ərzində bankın işçilərinin sayı 5,45% artaraq 174 nəfərə, orta aylıq əmək haqqı isə 5% artaraq 291 manat olub. Həmçinin bu dövrdə bankın müştərilərinin sayı 15% artaraq 26 013-ə, o cümlədən fiziki şəxslərin sayı 14,4% artaraq 23 325-ə və hüquqi şəxslərin sayı isə 16% artaraq 2 688-ə çatıb.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» 1994-cü ildə yaradılıb. Bankın ölkə üzrə 14 filialı, 5 bankomatı və 20 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR