Azərbaycanda manat pul kütləsi kəskin artıb

Azərbaycanda manat pul kütləsi kəskin artıb
# 31 yanvar 2011 07:37 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə dekabrda pul kütləsinin həcmi 9,4% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 34,5%, təkcə dekabr ayında isə 11,9% artaraq 2011-ci ilin yanvarın 1-nə 8 297,5 mln. manata çatıb:

(mln. AZN)

Pul aqreqataları

01.01.2010

01.01.2011

M0 (nağd pullar)

4 174,8

5 455,8

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

5 239,8

6 718,9

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

6 169,2

8 297,5

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

8 469,2

10 527,5



Cari ilin yanvarın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 65,8% təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan analoji göstəricidən 1,9 faiz bəndi azdır. Qeyd edək ki, nağd pulların pul kütləsində xüsusi çəkisinin azalması makroiqtisadi baxımdan müsbət göstəricidir, çünki ilk növbədə nağdsız pul dövriyyəsinin genişlənməsinin nəticəsidir.

Eyni zamanda, ümumilikdə pul kütləsinin artması da müsbət göstəricidir, çünki iqtisadiyyatın pula olan tələbatının təmin edilməsi istiqamətində canlanmanı əks etdirir və bununla pul-kredit sahəsinə təzyiqi azaldır və borcların ucuzlaşmasına təsir edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR