Azərbaycan iqtisadiyyatına sərmayə yatıran ölkələrin reytinqi açıqlanıb

Azərbaycan iqtisadiyyatına sərmayə yatıran ölkələrin reytinqi açıqlanıb
# 31 yanvar 2011 08:36 (UTC +04:00)
«APA-Economics»in Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat ilində Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 1 247 238,5 min manat təşkil edib ki, 2009-cu illə müqayisədə Britaniya investisiyalarının həcmi 71,6% artıb.

Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. Belə ki, 2010-cu ildə ABŞ-ın Azərbaycanın əsas kapitalına yatırdığı investisiyaların həcmi 2009-cu ilə nisbətən 65,8% artaraq 359 383,1 min manata çatıb.

Reytinqdə üçüncü yeri 2009-cu ilin reytinq cədvəlində 7-ci olan, lakin hazırda Yaponiya kimi ölkəni üçlükdən kənarlaşdıran Çexiya tutub. Belə ki, Çexiyanın Azərbaycan iqtisadiyyatına 2010-cu ildə yatırdığı sərmayənin həcmi 216 695,1 min manat təşkil edib, bu isə 2009-cu illə müqayisədə 6,3 dəfə çoxdur. Yaponiya isə Azərbaycanın əsas kapitalına yatırdığı 180 105,4 min manat investisiya göstəricisi ilə siyahıda 4-cü olub. Buna baxmayaraq, Yaponiyanın ötən il Azərbaycana yatırdığı sərmayəsinin həcmi 59,2% artıb. Siyahıda 5-ci və 6-cı yerləri Norveç və Türkiyə bölüşdürür. Hesabat ilində Norveç investorları tərəfindən Azərbaycanın əsas kapitalına 111 866,2 min manat (+58,6%), Türkiyə investorları tərəfindən isə 94 801,5 min manat (+69,5%) sərmayə yatırılıb.

Sonrakı yerlərdə Cənubi Koreya, Fransa, Səudiyyə Ərəbistanı və İsveçrə qərarlaşıb. Maraqlısı odur ki, 2009-cu ildə siyahıda 9-cu yerdə olan Cənubi Koreya ötən il Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmini 3,3 dəfə artıraraq 7-ci pilləyə yüksəlib. Bununla yanaşı, 2009-cu ildə 6-cı pillədə olan Fransa investisiyalarını 27,3% azaldaraq iki pilə geriləyib.

Xatırladaq ki, 2010-cu ildə Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici investisiyaların ümumi həcmi 2 405,9 mln. manat təşkil edib və bu, 2009-cu ilə nisbətən 40,9% çoxdur.

Azərbaycanın əsas kapitalına vəsait yatırmış investor ölkələrin ilk onluğu siyahısı

Ölkə

2010-cu il (min AZN)

Xüsusi çəki (%)

1

Böyük Britaniya

1 247 238,5

51,9

2

ABŞ

359 383,1

14,9

3

Çexiya

216 695,1

9,0

4

Yaponiya

180 105,4

7,5

5

Norveç

111 866,2

4,7

6

Türkiyə

94 801,5

3,9

7

Koreya Respublikası

40 225,1

1,7

8

Fransa

29 388,6

1,2

9

Səudiyyə Ərəbistanı

4 268,1

0,2

10

İsveçrə

2 179,7

0,1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR