Azərbaycanda inflyasiya bank əmanətləri üzrə dividendlərin yarısını «yeyib»

Azərbaycanda inflyasiya bank əmanətləri üzrə dividendlərin yarısını «yeyib»
# 31 yanvar 2011 13:40 (UTC +04:00)
«APA-Economics»in Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, manat əmanətləri üzrə real orta faiz dərəcələri isə illik 5,41%-ə bərabər olub. Qeyd edək ki, real faiz dərəcəsi həmçinin inflyasiya səviyyəsini nəzərə alır ki, bu göstərici Azərbaycanda 2010-cu ilin yekunlarına görə 5,7% təşkil edib.

Eyni zamanda, 2010-cu ilin yanvarın 1-nə orta faiz dərəcəsi 11,72%-ə bərabər olub və 2009-cu ildəki 1,5%-lik inflyasiyanı nəzərə alsaq, real faiz dərəcələrinin 10,22% təşkil etdiyi görərik. Beləliklə, 2010-cu ilin yekunlarına görə, manat əmanətləri üzrə real orta faiz dərəcələri illik nisbətdə 1,9% azalıb.

Qeyd edək ki, pulun alıcılıq qabiliyyəti baxımından inflyasiya əmanətləri ucuzlaşdırır və real faiz dərəcələri banklar tərəfindən təklif olunan faiz dərəcələrindən inflyasiya çıxılmaqla hesablanır. Beləliklə, əmanətlər üzrə əhalinin faktiki gəliri inflyasiyaya bərabər həcmdə azalır.

Bu baxımdan bank depozitləri üzrə faiz dərəcələri təyin edildikdə inflyasiyanın nəzərə alınması daha məqsədəuyğundur. Lakin banklar bu addıma getmir, çünki bu, onların faiz gəlirlərini kəskin azalda bilər. Ümumilikdə isə, Azərbaycanda əmanətlər üzrə faiz gəlirinin təxminən yarısı inflyasiya tərəfindən «yeyilməsi» elə də pis nəticə deyil, çünki böhran zamanı bir sıra ölkələrdə, xüsusən də inkişaf etmiş və inkişafda olan iri dövlətlərdə real faiz dərəcələri artıq mənfi zonaya keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR