Azərbaycan Sığortaçılar Assosiasiyası həyat sığortası üzrə yeni komitə yaradır

Azərbaycan Sığortaçılar Assosiasiyası həyat sığortası üzrə yeni komitə yaradır
# 31 yanvar 2011 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Direktorlar Şurasının sonuncu iclasında həyat sığortası üzrə yeni komitənin yaradılmasına dair qərar qəbul olunub. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın Direktorlar Şurasının sədri Azər Əliev bildirib.

A.Əliyevin sözlərinə görə, yeni komitənin yaradılması həyat sığortası üzrə fəaliyyət göstərən şirkətlərin inkişafını daha sürətləndirmək məqsədi daşıyır: «Həyat sığortası üzrə komitəyə sədr «Qala Sığorta», «Atəşgah Həyat», «Paşa Həyat», «AtaSığorta» və «Standard İnsurance» sığorta şirkətlərinin nümayəndələrindən seçiləcək. Bunun bağlı qərar isə Direktorlar Şurasının növbəti iclaslında təsdiqlənəcək».

A.Əliyev bildirib ki, iclasda ASA-nın Təhsil Komtəsinin sədri vəzifəsinə «Alfa Sığorta» şirkətinin nümayəndəsi Kamran Bağırovun, Anderaytinq Komitəsinə isə «Başak İnam» sığorta şirkəti İdarə Heyətinin sədri Orxan Həsənovun namizədliyi irəli sürülüb. «Bu namizədlərin komitəyə sədr təyin edilməsi ASA-nın yaxın günlərdə keçiriləcək iclasında müzakirə ediləcək», - deyə A.Əliyev qeyd edib.

Qeyd edə ki, son iclasda ASA-nın 2011-ci il üçün büdcəsi də təsdiq edilib, həmçinin digər cari məsələlər müzakirə edilib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR