«AXA MBASK» ötən ilin yekunlarına dair səhmdarların toplantısını keçirəcək

«AXA MBASK» ötən ilin yekunlarına dair səhmdarların toplantısını keçirəcək
# 01 fevral 2011 12:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Mart ayının 17-də «AXA MBASK» sığorta şirkətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən 2010-cu ildə cəmiyyətin fəaliyyətinin nəticələrinə və maliyyə hesabatlarına baxılacaq, ötən ilki mənfəətin bölüşdürülməsi və ya nizamnamə kapitalının artırılmasına yönəldilməsi, həmçinin 2011-ci il üçün şirkətin büdcəsinin təsdiq edilməsi məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında «MBASK» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb.

«AXA MBASK» sığorta şirkəti 1992-ci ildən «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari ilin əvvəlinə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir. Ötən il şirkətin topladığı sığorta haqlarının həcmi 8,389 mln. manat, sığorta ödənişləri isə 3,535 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR