Azərbaycan ötən il təhsilə investisiyaları 22% artırıb

Azərbaycan ötən il təhsilə investisiyaları 22% artırıb
# 02 fevral 2011 08:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycanda təhsil sisteminə yatırılan sərmayənin ümumi həcmi artıb. Təhsil Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, təhsil sahəsinə 2010-cu ildə qoyulan investisiyalar 81,3 mln. manat təşkil edib. Bu isə 2009-cu ilin analoji göstəricisindən 17,6 mln. manat çoxdur.

Xatırladaq ki, təhsil sektoruna 2004-cü ildə 5,8 mln. manat, 2005-ci ildə 8,5 mln., 2006-cı ildə 50,7 mln. manat, 2007-ci ildə 113,7 mln., 2008-ci ildə 221,1 mln. manat, 2009-cu ildə 63,7 mln. manat investisiya qoyulub. Ümumilikdə son 5 ildə Azərbaycanda təhsil sektoruna yatırılan investisiyaların həcmi 530,5 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR