«Bank of Baku» ötən il mənfəətini iki dəfə artırıb

«Bank of Baku» ötən il mənfəətini iki dəfə artırıb
# 02 fevral 2011 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 245,126 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə olan analoji göstəricidən 31% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 39% artaraq 179,737 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 60% artaraq 158,315 mln. manata, depozit portfeli isə 62% artaraq 153,113 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 22,3% artaraq 40,181 mln. manat, o cümlədən nizamnamə kapitalı 89% artaraq 12,852 mln. manat təşkil edib.

Qeyd edək ki, 2010-cu ildə bankın ümumi gəlirləri 34% artaraq 51,026 mln. manata, xərcləri isə 18% artaraq 37,597 mln. manata çatıb. Nəticədə, ötən il bankın mənfəəti 2,2 dəfə artaraq 13,429 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvarın 1-nə bankın ölkə üzrə 16 filialı, 25 bankomatı, 181 POS-terminalı və 500 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR