DGK rüşvətxorluq və vəzifə saxtakarlığında ittiham olunan gömrükçülər barəsində başlanmış cinayət işi haqqında məlumat yayıb

DGK rüşvətxorluq və vəzifə saxtakarlığında ittiham olunan gömrükçülər barəsində başlanmış cinayət işi haqqında məlumat yayıb
# 03 fevral 2011 14:45 (UTC +04:00)
DGK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, DGK Bakı Baş Gömrük İdarəsinin Yük şöbəsinin inspektoru vəzifəsində işləyən Müseyib Əzizov, Mirələm İsmayılov, DGK “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin Bakı şöbəsində kompüter operatoru vəzifəsində işləyən İsmayıl Əhmədov, Natiq Quliyev və qeyrilərindən ibarət qrup bəzi şəxslərlə qabaqcadan əlbir olaraq vergiləri ödəməkdən yayınmaq məqsədilə əlavə dəyər vergisi borcunu əvəzləşdirmək üçün qanunsuz hərəkətlər edib.

Onlar dəfələrlə rüşvət alaraq “Aqrolizinq” ASC-yə avtomobil vasitəsi ilə “soyuducu avadanlıqlarda istifadə olunan kompressorlar”ın daxil olmasını göstərən yük gömrük bəyannamələrini, “Elektrikquraşdırma” müəssisəsinin guya Rusiyada yerləşən “Enerqomaşstroy” MMC-dən, eləcə də “Samur-Abşeron Su Tikinti” Törəmə müəssisəsinin guya Rusiyada yerləşən “Torqovıy Dom TMK”ASC-dən dəmir yolu nəqliyyatı ilə qara metaldan məmulatlar, qara metallardan metal konstruksiyalar və digər inşaat materiallarının idxal olunması barədə yük gömrük bəyannamələrini saxta tərtib edərək vəzifə saxtakarlığı ediblər.

Cinayət işinin istintaqı zamanı kifayət qədər sübutlar toplandığından, İ. Əhmədov, N. Quliyev, M. Əzizov, M. İsmayılov və qeyriləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma, vəzifə saxtakarlığı) təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib.

Həmin şəxslər haqqında cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq tərtib olunmuş ittiham aktı cinayət işinin məhkəməyə verilməsi üçün Baş Prokurorluğa göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR