Son 10 ildə İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 70 mln. avro sərmayə yatırıb

Son 10 ildə İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 70 mln. avro sərmayə yatırıb
# 07 fevral 2011 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 10 il ərzində İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 70 mln. avro məbləğində vəsait ayırıb. «APA-Economics»in məlumatına görə, bunu İsveçrənin Azərbaycandakı səfiri xanım Sabin Ulmann bildrib.

Onun sözlərinə görə, İsveçrə Azərbaycanın qeyri-neft sektorunda bir çox layihələrdə, o cümlədən Azərbaycanda Korporativ İdarəetmə Layihəsində aktiv iştirak edib: «Ümumiyyətlə, biz son 10 il ərzində Azərbaycanın qeyri-neft sektoruna 70 mln. avro məbləğində investisiya yatırmışıq ki, bu da əsasən kiçik və orta sahibkarlığın inkişafına yönəldilib».

Qeyd edək ki, 2010-cu ildə xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcminə görə İsveçrə 2 179,7 min manat göstəricisi ilə 10-cu yeri tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR