Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu Rumıniyaya 5 mlrd. dollar kredit ayıracaq

Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu Rumıniyaya 5 mlrd. dollar kredit ayıracaq
# 07 fevral 2011 10:23 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa İttifaqı (Aİ) və Beynəlxalq Valyuta Fondu (BVF) Rumıniyaya 5 mlrd. dollar həcmində yeni kredit xətti ayırmağı vəd edib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə Rumıniya prezidenti Trayan Basesku açıqlama verib.

Onun sözlərinə görə, stabilləşdirmə krediti iki il müddətinə ayrılacaq. Əgər Rumıniya hökuməti ehtiyac duyarsa, BVF 3,6 mlrd. dollar, Aİ isə 1,4 mlrd. dollar kredit ayıracaq.

“Rumıniya iqtisadiyyatı artıq stabilləşib, böhrandan çıxmaq üçün bütün zəruri addımlar atılıb, iqtisadi artıma qayıtmaq üçün bütün şərtlər yaradılıb” - deyə prezident qeyd edib.

Xatırladaq ki, Rumıniya qlobal iqtisadi böhrandan ciddi zərər çəkib. Ötən ilin yanvar ayında Rumıniya Avropa ölkələri arasında yoxsulluq həddində yaşayan əhalisinin sayına görə ikinci olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR