«Paşa Bank» ötən il aktivlərini 66% artıb

«Paşa Bank» ötən il aktivlərini 66% artıb
# 08 fevral 2011 13:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 509,074 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 66% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2 dəfə genişlənərək 388,601 mln. manat, o cümlədən müddətli depozitlər təxminən 2 dəfə artaraq 147,080 mln. manat, tələb olunanadək depozitlər 2 dəfə artaraq 191,521 mln. manat, kredit portfeli isə 60% artaraq 194,860 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı təxminən 4,5% artaraq 132,284 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,4% artaraq 115,4 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 44% artaraq 40,047 mln. manat, o cümlədən faiz gəlirləri 39% artaraq 33,842 mln. manat, qeyri-faiz gəlirləri 79% artaraq 6,205 mln. manat olub. Eyni zamanda, bankın xərcləri 75% artaraq 19,045 mln. manat, o cümlədən faiz xərcləri 2 dəfə artaraq 8,745 mln. manat, qeyri-faiz xərcləri isə 57% artaraq 10,299 mln. manata çatıb. Nəticədə, 2010-cu ildə bankın mənfəəti 24% artaraq 21,002 mln. manat, xalis mənfəəti isə 27% azalaraq 11,693 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın müştərilərinin sayı 54,4% artaraq 1 024-ə, aktiv plastik kartların sayı 58% artaraq 501-ə, işçilərin sayı isə 15% artaraq 107 nəfərə çatıb.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın 6 bankomatı və 56 POS-terminalı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR