Beynəlxalq Valyuta Fondu: Azərbaycan qeyri-neft sektorunu gücləndirilməlidir

Beynəlxalq Valyuta Fondu: Azərbaycan qeyri-neft sektorunu gücləndirilməlidir
# 09 fevral 2011 09:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, görüşdə N.İlahi ölkənin makroiqtisadi vəziyyəti, neft və qaz gəlirləri və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.

N.İlahi vurğulayıb ki, iqtisadiyyatın davamlı və sabit inkişafı üçün Azərbaycanın neft gəlirləri gələcək nəsillər üçün qorunub saxlanılmalıdır ki, sonradan, neft-qaz ehtiyatlarının tükənməsi mərhələsində iqtisadiyyatın artımı üçün resurslar formalaşsın. BVF rəsmisi həmçinin bildirib ki, dünya maliyyə və iqtisadi böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyib ki, bunun əsas səbəbi maliyyə sistemində preventiv tədbirlərin görülməsi ilə bağlıdır.

N.İlahinin fikrincə, Azərbaycan hazırkı vəziyyətdə və şəraitdə regional və ölkədaxili miqyasda infrastrukturu inkişaf etdirilməlidir, çünki bu, milli iqtisadiyyatın diversifikasiyası üçün çox önəmlidir.

Həmçinin, BVF nümayəndəsi bir sıra tövsiyələrlə çıxış edib. Belə ki, onun sözlərinə görə, Azərbaycan hökuməti investorların cəlb edilməsi prosesində daha fəal olmalıdır, investorlar üçün vergiləri azaltmalıdır, qeyri-neft sektorunun inkişafı üçün lazımi tədbirlər görməlidir, makroiqtisadi sabitliyi qorumalıdır, insan resurslarının inkişaf etdirilməsi və gücləndrilməsi istiqamətində kompleks tədbirlər görməlidir.

Qeyd edək ki, fondun ölkə üzrə missiyasına yeni rəhbər təyin olunan N.İlahi fevralın 15-dək Bakıda səfərdədir və ölkə hökuməti il bir sıra görüşlər keçirmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR