Azərbaycanda elektron hesablaşmalar aparan vergi ödəyiciləri üçün güzəştlərin tətbiqi təklif olunur

Azərbaycanda elektron hesablaşmalar aparan vergi ödəyiciləri üçün güzəştlərin tətbiqi təklif olunur
# 11 fevral 2011 14:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda elektron hesablaşmaların tətbiqinin genişləndirilməsi və stimullaşdırılması məqsədilə hesablaşma aparan vergi ödəyiciləri üçün güzəştli vergi rejiminin tətbiqi məqsədə uyğundur. «APA-Economics»in məlumatına görə, bu fikiri «Deloitte&Touche» beynəlxalq audit və konsaltinq şirkətinin Vergi və hüquq Departamentinin partnyoru Nuran Kərimov səsləndirib.

N.Kərimovun sözlərinə görə, bu cür yanaşma iqtisadiyyatda şəffaflığın təmin edilməsinə, dövlət büdcəsinə daxilolmaların artırılmasına və bank sektorunun güclənməsinə xidmət edəcək.

Qeyd edək ki, Azərbaycanda elektron hesablaşmaların genişləndirilməsi ilə bağlı 2011-ci il üçün dövlət büdcəsinin tətbiqi üzrə ölkə başçısı fərmanında müvafiq təkliflərin hazırlanması üçün konkret tapşırıqlar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR