ABŞ-ın dövlət büdcəsinin kəsiri bu il 1,65 trln. dollar təşkil edəcək

ABŞ-ın dövlət büdcəsinin kəsiri bu il 1,65 trln. dollar təşkil edəcək
# 15 fevral 2011 07:52 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ federal büdcəsinin kəsiri cari maliyyə ilində 27,2% artaraq 1,65 trln. dollar təşkil edəcək.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, prezident Barak Obama administrasiyasının sentyabrın 30-da başa çatacaq 2010-2011-ci maliyyə ili üçün büdcə kəsiri proqnozu 1,42 trln. dollar olub.

ABŞ prezidenti tərəfindən təqdim olunmuş büdcə kəsirinin ixtisarı üzrə yeni proqrama əsasən, 2011-2012-ci maliyyə ilində bu göstərici 1,1 trln. dollara qədər azalacaq.

2012-2013-cü maliyyə ilində dünyanın ən böyük iqtisadiyyatının büdcə kəsiri 768 mlrd. dollar, 2015-2016-cı maliyyə ilində isə 649 mlrd. dollar təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR