«Maliyyə Resurs» qeyri-bank kredit təşkilatı nizamnamə kapitalını formalaşdırır

«Maliyyə Resurs» qeyri-bank kredit təşkilatı nizamnamə kapitalını formalaşdırır
# 15 fevral 2011 13:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Maliyyə Resurs Bank Olmayan Kredit Təşkilatı» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3 min manat, sayı 100 ədəd, emissiyanın ümumi həcmi isə 300 min manat təşkil edir.

Qeyd edək ki, «Maliyyə Resurs» bank olmayan kredit təşkilatı yanvar ayında dövlət qeydiyyatına alınıb. Təşkilat Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi,14 ünvanında yerləşir və nizamnamə kapitalı 300 min manat təşkil edir. Təşkilatın təsisçiləri Hüseynov Vaqif Aslan oğlu və Əhmədov Orxan Əli oğlu, Müşahidə Şurasının üzvü Hüseynov Vaqif Aslan oğlu, qanuni təmsilçi isə Hüseynov Vasif Aslan oğludur.

Xatırladaq ki, «Bank olmayan kredit təşkilatları haqqında» qanunun müvafiq maddəsinin tələbinə uyğun olaraq, Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları təşkilati hüquqi formasını yenidən təsdiq etməlidir. Qanuna görə, qeyri-bank kredit təşkilatları kommersiya və ya qeyri-kommersiya (humanitar fəaliyyət) fəaliyyəti ilə məşğul olmalıdır. Bu tələblərdən asılı olaraq, təşkilat statusunu ASC və ya QSC-yə dəyişə bilər. Kommersiya fəaliyyətilə məşğul olan təşkilatlar üçün minimum kapital tələbi 300 min manat, humanitar yönümlü təşkilatlar üçün isə 30 min manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR