«Azerpoçt» yaxın aylarda «STEFI» sistemi ilə xidmətlərə başlayacaq

«Azerpoçt» yaxın aylarda «STEFI» sistemi ilə xidmətlərə başlayacaq
# 16 fevral 2011 09:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azerpoçt» MMC yaxın 1-2 ay ərzində Ümumdünya Poçt İttifaqı tərəfindən hazırlanmış «STEFI» pulköçürmə sistemi vasitəsi ilə xidmət göstərməyə başlayacaq. «APA-Economics»in xəbərinə görə, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin poçt sektorunun rəisi Novruz Məmmədov bildirib.

N.Məmmədovun sözlərinə görə, bu xidmət artıq Azərbaycan və Ukrayna arasında test rejimində keçirilir və testləşmə keçəndən sonra genişmiqyaslı istifadəyə veriləcək.

N.Məmmədov həmçinin bildirib ki, 2010-cu ildə poçt vasitəsi ilə pul köçürmələri 40%, son 10 ildə isə 6 dəfə artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR