Azərbaycan çirkli pulların yuyulması ilə mübarizədə beynəlxalq əməkdaşlığı genişləndirir

Azərbaycan çirkli pulların yuyulması ilə mübarizədə beynəlxalq əməkdaşlığı genişləndirir
# 17 fevral 2011 11:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) 2010-cu ildən bütün ölkələrin maliyyə kəşfiyyatı orqanlarının klubu olan «Eqmont» təşkilatı ilə əməkdaşlığa başlayıb.

«APA-Economics»in məlumatına görə, bu barədə Xidmətin direktoru Adışirin Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda kluba üzvlüklə bağlı işlər aparılır və 2011-ci ildə MMX bu klubun üzvü olacaq. Bundan başqa, MMX 30-a yaxın ölkə ilə ikitərəfli əməkdaşlıq edir.

Qeyd edək ki, bu gün Bakıda “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində I Bakı Regional Konfransı” işə başlayıb. A.Qasımovun sözlərinə görə, dünyanın 20-yə yaxın ölkəsinin maliyyə kəşfiyyatı orqanının rəhbərinin qatıldığı beynəlxalq konfransın Azərbaycanda keçirilməsi beynəlxalq təşkilatların bu sahədə Azərbaycana münasibətinin göstəricisidir.

Qeyd edək ki, konfransda pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə yeni çağırışlar, ölkələr arasında əməkdaşlıq, beynəlxalq əməkdaşlıq, o cümlədən ölkələrin məlumat bazasında istifadə və s. məsələlər müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR