«Bank of Azerbaijan» ASC «Agent Pay» ödəniş sisteminə qoşulub

«Bank of Azerbaijan» ASC «Agent Pay» ödəniş sisteminə qoşulub
# 18 fevral 2011 13:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC «Agent Pay» sisteminə qoşulmaq məqsədi ilə «GoldenPay» şirkəti və «MilliKart» Prosessinq Mərkəzi ilə üçtərəfli müqavilə bağlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Agent Pay» sisteminin köməyi ilə bank təklif etdiyi ödəniş xidmətlərinin siyahısını daha da genişləndirib və hazırda bankın filiallarında əhaliyə kommunal («Azərenerji», «Bakıelektrikşəbəkə», «Sumqayıtelektrikşəbəkə», «Azəriqaz», «Azərsu»), stasionar («Aztelekom», BTRİB, «Catel») və mobil rabitə («Azercell», «Bakcell», «Nar Mobile», «Azerfon-Vodafone», «Fonex»), internet-provayder («Azdatacom», «Bakinternet») xidmətlərinə görə ödənişləri həyata keçirmək mümkündür.

Qeyd edək ki, yaxın gələcəkdə əhali bankın filiallarında digər internet-provayderlər («Adanet», «Alfanet», «Avirtel», «Azeronline», «Azstarnet», «Connect», «Hotnet»), kabel televiziyası («B&B TV», «Connect TV») və sair xidmətlərin ödənişlərini də həyata keçirə biləcək.

Plastik kart sahibləri isə yuxarıdakı əksər ödənişləri «Bank of Azerbaijan»nın saytına (www.bank.az/PrivateOnlinePayment.html) daxil olaraq, on-layn rejimdə həyata keçirə bilərlər. Bu tip ödənişlər «Visa» və «MasterCard» sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş «GoldenPay» internet ödəmə sistemi vasitəsi ilə dərhal həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR