Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi vakant iş yerləri üçün müsahibə elan edib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi vakant iş yerləri üçün müsahibə elan edib
# 21 fevral 2011 06:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Econmics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu martın 3-dək QKDK-yə təqdim olunmalıdır. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən ediləcək. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınacaq.

Komitədən vakant yer olan Tədqiqatlar və bazarın inkişafı şöbəsinin Qiymətli kağızlar bazarının inkişafı sektoruna baş məsləhətçiyə 430 manat məbləğində maaş təklif olunacaq. Vakant yerin qulluq funksiyalarına Komitənin fəaliyyət istiqamətləri üzrə nörmativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak, qiymətli kağızlar bazarının iqtisadi və maliyyə təhlillərinin aparılması, analitik materialların hazırlanması, statistik məlumatların toplanaraq icmallaşdırılması və məlumat bazasına daxil edilməsində iştirak, Komitənın struktur bölmələrindən qiymətli kağızlar bazarına dair hesabatların qəbul edilməsi, onların təhlili və Komitənın fəaliyyəti haqqında aylıq, rüblük və illik hesabatların hazırlanması, Komitənin hesabatlılıq sisteminin təmin edilməsi məqsədi ilə məlumat bazasının təşkil edilməsində iştirak, qiymətli kağızlar bazarı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi yolu ilə bazar infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən yeni maliyyə alətlərinin yaradılmasına dair təkliflərin verilməsi və s. daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR