«Bank of Baku» 8 Mart bayramı ilə əlaqədar güzəşt kampaniyası keçirir

«Bank of Baku» 8 Mart bayramı ilə əlaqədar güzəşt kampaniyası keçirir
# 01 mart 2011 08:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə yeni kampaniyaya başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «8 Mart» kampaniyası çərçivəsində xanımlar «Bank of Baku»dan 2% hədiyyə endirimlərindən faydalana bilərlər.

Bayram aksiyasının şərtlərinə görə, kampaniya ərzində xanım müştərilərə qüvvədə olan nağd pul və istehlak kreditləri üzrə illik faiz dərəcələrində 2% güzəşt ediləcək.

Qeyd edək ki, bayram endirimləri avtokreditlər və əmanətə bağlı kreditlərə şamil olunmur. «8 Mart» kampaniyası martın 1-dən 12-dək (bankın bütün filiallarında) davam edəcək.

Xatırladaq ki, hazırda «Bank of Baku» «YES» layihəsi çərçivəsində gənc menecer və mütəxəssislərə dəstək kampaniyası, təhsil və tibb işçiləri üçün kredit, təkrar müştərilər üçün kredit, dövlət və özəl müəssisələrinin əməkdaşları üçün kreditlər təklif edir.

Bundan başqa, «8 Mart» kampaniyasında xanım müştərilər «Bank of Baku»nun bir sıra istehlak kreditləri üzrə təqdim etdiyi bayram endirimlərindən (kompyuter, mebel, məişət texnikası, mobil telefon, qızıl əşyalarının alınması üçün kredit, təhsil, təmir və turizm kreditləri) faydalana bilərlər.

Qeyd edək ki, cari kredit portfelinin göstəricilərinə əsasən, «Bank of Baku»nun kredit müştərilərinin təxminən 50%-ni qadınlar təşkil edir.

«Bank of Baku» 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvarın 1-nə bankın ölkə üzrə 16 filialı, 25 bankomatı, 181 POS-terminalı və 500 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR