Azərbaycanda kreditləşmənin həcmi azalıb

Azərbaycanda kreditləşmənin həcmi azalıb
# 02 mart 2011 12:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən verilən kreditlərin məcmu həcmi 2011-ci ilin fevralın 1-nə 9 149,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% çoxdur. Eyni zamanda, cari ilin yanvar ayında bu göstərici 0,2% azalıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bank sistemi üzrə ümumi kredit portfelinin 64,2%-i manatla, 35,8%-i xarici valyutada verilmiş kreditlərin payına düşür. Müqayisə üçün bildirək ki, 2010-cu ilin müvafiq dövründə bu nisbət 58,4% və 41,6% təşkil edib.

Qeyd edək ki, məcmu kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlər 497 mln. manat təşkil edib ki, bu da son bir ildə 50% artım deməkdir. Belə ki, bank sistemi üzrə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 5,43%-ə bərabərdir, bu isə illik müqayisədə 1,5 faiz bəndi çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR