«AGLeasing» şirkətinin lizinq portfeli 3 mln. manatı ötüb

«AGLeasing» şirkətinin lizinq portfeli 3 mln. manatı ötüb
# 04 mart 2011 13:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2011-ci ilin martın 1-nə 3,053 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 51% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 42% azalaraq 5,459 mln. manata, lizinq müqavilələrin sayı isə 21% azalaraq 104-ə çatıb. Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində dəyişiklik baş verməyib. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments Ltd.» və ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR