«Turanbank» bu həftə əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq

«Turanbank» bu həftə əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq
# 07 mart 2011 09:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 9-dan etibarən Bakı Fond Birjasında (BFB) «Turanbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 2 000 ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edir.

«Turanbank» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Chelsea Capital» şirkəti çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 10% artaraq 22 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvarın 1-nə bankın aktivləri 131,5 mln. manat, kredit portfeli 104 mln. manat, depozit portfeli 44,2 mln. manat, məcmu kapitalı 23,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR