Azərbaycan Dövlət Neft Şirkətinin dövlət büdcəsinə ödənişləri azalıb

Azərbaycan Dövlət Neft Şirkətinin dövlət büdcəsinə ödənişləri azalıb
# 11 mart 2011 15:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin fevral ayında dövlət büdcəsinə 75,997 mln. manat vəsait ödəyib ki, bu da ötən ilin fevral göstəricisindən 2,4% azdır.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, 2011-ci ilin yanvar-fevral aylarında büdcəyə 184,834 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% çoxdur.

Bundan başqa, bu ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 10,583 mln. manat vəsait köçürüb ki, bu da ötən ilin fevral ayına nisbətən 26,2% çoxdur. Ümumiyyətlə, 2011-ci ilin yanvar-fevral aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 20,289 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% artıqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR