Azərbaycan Dünya Bankının kreditləri üzrə 34 mln. dollar qaytarıb

Azərbaycan Dünya Bankının kreditləri üzrə 34 mln. dollar qaytarıb
# 14 mart 2011 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda Dünya Bankının (DB) maliyyələşdirdiyi və ümumi dəyəri 2 225,6 mln. ABŞ dolları təşkil edən 24 layihənin icrası davam etdirilir.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, ümumi dəyəri 618,720 mln. dollar olan 27 layihənin həyata keçirilməsi başa çatdırılıb: «Cari ilin yanvarın 1-nə 1 052,5 mln. dollar məbləğində kredit istifadə olunub ki, bu da kreditlərin ümumi həcminin 37%-ni təşkil edir. Nəzərdə tutulmuş qrafik üzrə 34 mln. dollar məbləğində kredit qaytarılıb».

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Bu müddət ərzində bank tərəfindən Azərbaycana 51 layihənin icrasına 2 844,3 mln. dollar həcmində kreditlər ayrılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR