Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsi təklif olunur

Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsi təklif olunur
# 14 mart 2011 12:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Satınalmalar üzrə Dövlət Agentliyi satınalmalar üzrə müsabiqələrdə aşkarlıq, ədalətli rəqabət, şəffaflığın təmin olunması, eləcə də tender komissiyalarının məsuliyyətinin artırılması və korrupsiyanın qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi üzrə hökumətə təkliflər təqdim edib.

Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, dövlət satınalmaları sahəsində aparılmış təhlillər göstərib ki, satınalmalar üzrə standart tender sənədlərinin tətbiqinə ciddi ehtiyac var. Bununla əlaqədar olaraq Satınalmalar üzrə Dövlət Agentliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) mütəxəssisləri ilə birlikdə «Malların satın alınması üzrə standart tender sənədləri»ni hazırlayaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edib. Hazırda «İşlərin satın alınması üzrə standart tender sənədləri»nin hazırlanması üzərində iş aparılır.

Qeyd edək ki, hazırda təşkilatlar tərəfindən dövlət satınalmalarının daha peşəkar həyata keçirməsi üçün Dövlət Agentliyi USAID mütəxəssisləri ilə birlikdə «Satınalma bölmələrinin yaradılması üçün Qaydalar» hazırlayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR