Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi artıb
# 15 mart 2011 13:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2011-ci ilin yanvar-fevral ayları üzrə 1,32 bənd təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar ayı ilə müqayisədə indeks 0,15 bənd və ya 12,8% artıb:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. İndeksin artması əhalinin gəlirlərinin əsas iki xərclər istiqamətinin üstələmə həcminin artmasını göstərir ki, bu da makroiqtisadi baxımdan müsbət amildir və əhalinin alıcılıq qabiliyyətinin artmasını əks etdirir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında pərakəndə əmtəə dövriyyəsi 2 381 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 760 mln. manat, əhalinin gəlirləri isə 4 158,4 mln. manat təşkil edib. Beləliklə, gəlirlərin əsas xərcləri üstələmə həcmi 2011-ci ilin yanvar-fevral aylarında 1 017,4 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR