Yaponiyada zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 150 mlrd. dollar xərclənə bilər

Yaponiyada zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 150 mlrd. dollar xərclənə bilər
# 18 mart 2011 08:28 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “3M” korporasiyası Yaponiyada baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün lazım olacaq vəsaiti 50-150 mlrd. dollar həcmində qiymətləndirib.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu rəqəm “Rita” və “Katrina” qasırğalarının ABŞ-a vurduğu zərərin həcmindən çoxdur. O zaman ABŞ hökuməti qasırğaların nəticələrini 70-130 mlrd. həcmində qiymətləndirmişdi.

Qeyd edək ki, bundan əvvəl risklərin təhlili ilə məşğul olan “AIR Worldwide” təşkilatının (ABŞ) yeraltı təkanların sığorta şirkətlərinə vurduğu zərəri 34,6 mlrd. dollar həcmində qiymətləndirib. Bu məbləğə sunaminin törətdiyi dağıntılardan zərər daxil deyil. O cümlədən dağılmış özəl binalara görə ödənişlər 14,5 mlrd. dollar təşkil edəcək. İlkin qiymətləndirmə zamanı ictimai binalar, darmadağın olmuş infrastruktur, elektrik verilişi xətləri, kanalizasiya sistemləri, avtomobillər də daxil olmaqla daşınar əmlak nəzərə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR