«YapıKredi Bank Azerbaijan» nizamnamə kapitalını artırır

«YapıKredi Bank Azerbaijan» nizamnamə kapitalını artırır
# 18 mart 2011 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «YapıKredi Bank Azerbaijan» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,02 manat, sayı 324 968 952 ədəd, emissiyanın ümumi həcmi isə 6 499 379,04 manat təşkil edir.

Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 20,6% artaraq 38 110 379,04 manata çatacaq.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 206,877 mln. manat, depozit portfeli 14,535 mln. manat, kredit portfeli 69,692 mln. manat, məcmu kapitalı 51,993 mln. manat, o cümlədən nizamnamə kapitalı 31,611 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR