«Access Bank» 200 aztəminatlı ailəyə humanitar yardım göstərib

«Access Bank» 200 aztəminatlı ailəyə humanitar yardım göstərib
# 18 mart 2011 15:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC Novruz bayramı ərəfəsində Qarabağ müharibəsi əlilləri, həmçinin müharibədə həlak olmuş şəhidlərin, məcburi köçkünlərin, eləcə də Çernobıl qəzasında zərər çəkmiş şəxslərin, Bakı şəhərinin Səbail rayonunda məskunlaşmış yataq xəstələrinin ailələri də daxil olmaqla 200 ailəyə humanitar yardım edib. Bu barədə «APA-Economics»ə bankın baş ofisindən məlumat verilib.

Bankın İdarə Heyətinin sədri Endrü Pospilovskinin sözlərinə görə, bank Azərbaycanda kiçik biznesi maliyyələşdirərək ölkə iqtisadiyyatını inkişaf etdirməklə bərabər, həm də çalışdığı cəmiyyətin inkişafına əhəmiyyətli töhfə verməyə səy göstərir: «Access Bank» əməkdaşları daim xeyriyyəçilik fəaliyyəti ilə məşğul olaraq müxtəlif ictimai layihələri dəstəkləyirlər».

Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR