Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı məsləhətçi seçiləcək

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı məsləhətçi seçiləcək
# 19 mart 2011 08:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tenderdə bankların maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi (auditi), onların satış qiymətləri və satış şərtlərinin müəyyən edilməsi, eləcə də satışının təşkili sahəsində hüquqi, texniki və maliyyə məsləhətçisi xidmətlərinin göstərilməsi üzrə uğurlu beynəlxalq təcrübəyə malik olan nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilər.

Məsləhətçi xidmətləri iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə məsləhətçi Bankın nizamnamə kapitalındakı dövlətə məxsus payın əlavə səhm emissiyası yolu ilə azaldılmasına (dövlətsizləşdirilməsi) dair təkliflər, həmin əlavə səhm zərfinin satış qiyməti və satış şərtlərinə dair tövsiyələr təqdim etməlidir. İkinci mərhələdə isə satış prosesi, özəlləşdirmənin təşkili, məlumat memorandumun hazırlanması və sair işlər nəzərdə tutulur.

Tenderin Əsas Şərtlər Toplusunu almaq və iştirakçı statusunu əldə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına 5 min manat məbləğində vəsait ödəmək tələb olunur. Bu iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin şərtlərinə görə, tender sənədləri 2011-ci ilin aprelin 13-dək, tender təklifi isə aprelin 21-dək təqdim edilməlidir. Zərflərin açılışı iddiaçıların və ya onların nümayəndələrinin iştirakı ilə aprelin 22-də həyata keçiriləcək.

Tender proseduru ilə bağlı əlavə məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinə (otaq 810) müraciət etmək olar. Tel: (+994 12) 490 – 24 – 08 (əlavə - 242).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR