«Qafqaz Lizinq» imtiyazlı səhmlərini adi səhmlərə çevirir

«Qafqaz Lizinq» imtiyazlı səhmlərini adi səhmlərə çevirir
# 19 mart 2011 15:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Qafqaz Lizinq» ASC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 92 ədəd adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, səhmlər «Qafqaz Lizinq»in qeydiyyat nömrəsi AZ300100891P və hər birinin nominal dəyəri 1 000 manat olan 92 ədəd imtiyazlı sənədsiz səhmlərinin adi səhmlərə konvertasiyası yolu ilə yerləşdiriləcək.
Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR