Azərbaycan Auditorlar Palatasının mənfəəti ötən il kəskin azalıb

Azərbaycan Auditorlar Palatasının mənfəəti ötən il kəskin azalıb
# 30 mart 2011 13:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Auditorlar Palatasının 2010-cu il ərzində əldə etdiyi gəlirin həcmi 433,474 min manat təşkil edib ki, bu da 2009-cu ilə nisbətən 0,4% azdır.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, məcmu gəlirin strukturunda 407,209 min manat audit təşkilatları və sərbəst auditorlar tərəfindən ödənilən üzvlük haqqı, 4,7 min manat lisenziyanın alınması üçün keçirilən imtahanlarda iştirak etmək üçün ödəniş haqqı, 3,520 min manat auditə dair nəşr edilmiş çap məhsullarının satışı və abunə haqqı, həmçinin 11,810 min manat daxili audit kursları üçün ödəniş haqqı, 1,079 min manat müxbir üzvlərdən üzvlük haqqı, 5,156 min manat isə kənardan edilən maliyyə yardımının payına düşüb.

Hesabat ilində qurumun cəmi xərcləri 5,1% azalaraq 431,073 min manata çatıb. Nəticədə, 2010-cu ildə palatanın mənfəəti 8,1 dəfə azalaraq 2,4 min manat təşkil edib.

Bundan başqa, 2010-cu il ərzində Palata tərəfindən dövlət büdcəsinə 26,8 min manat, Dövlət Sosial Müdafiə Fonduna isə 53,1 min manat vəsait ödənilib. Həmçinin, ötən il Palatanın 64 işçisinə 197,1 min manat məbləğində əmək haqqı və mükafat ödənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR