Azərbaycanın tədiyə balansının müsbət saldosu 4 dəfə artıb

Azərbaycanın tədiyə balansının müsbət saldosu 4 dəfə artıb
# 30 mart 2011 14:42 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neft və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşıб. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks etdirir. Ümumi nəticədə 2010-cu ildə neft-qaz sektoru üzrə yaranmış müsbət saldo 19,5 mlrd. dollar olub.

Tədiyə balansının cari əməliyyatlar hesabında 15 mlrd. dollarлыг profisit yaranıб, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 19,9 mlrd. dollar тяшкил едиб. Bu profisit qeyri-neft sektoru üzrə cari hesabın 4,8 mlrd. dollar məbləğində kəsirini tam ödəməyə imkan verib.

Tədiyə balansının əsas göstəriciləri

(mln. USD)

 

2009-cu il

2010-cu il

I.Cari əməliyyatlar
hesabının saldosu                                10 172,8                                                 15 039,6
Xarici ticarət balansı                                 14 582,9                                               19 730,4
Xidmətlər balansı                                      -1 612,6                                                -1 732,9
Gəlirlər balansı                                         -3 519,2                                                -3 467,0
- İnvestisiya gəlirlərinin repatriasiyası          -3 152,6                                               -3 052,4
Cari transfertlər balansı                                 721,7                                                   509,1

II.Kapitalın və maliyyənin
hərəkəti hesabının saldosu                 -7 481,8                                                  -4 578,4
Birbaşa investisiyalar                                   146,2                                                     329,1
- Azərbaycana cəlb olunmuş                      2 899,0                                                   3 347,3
- Xaricə yönəldilmiş                                    -326,1                                                    -232,0
- İnvestisiyaların repatriasiyası                  -2 426,7                                                  -2 786,2
Kreditlər və digər investisiyalar                 -7 628,0                                                  -4 907,5

III.Tədiyə balansının
ümumi saldosu                                    2 691,0                                                   10 461,2



Ötən il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 33,2 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 19,7 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycan dünyanın 150-dək dövləti ilə ticarət əməkdaşlığı aparıb. Xarici ticarət dövriyyəsinin 12%-i MDB üzvü olan dövlətlərin, 88%-i isə digər xarici dövlətlərin payına düşür.

Tədiyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 26,5 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,9% olub. Xarici dövlətlərə 23,8 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, bunun 1 571,5 mln. dolları bilavasitə neft məhsulları, 22,3 mlrd. dolları isə xam neftin payına düşüb. İxrac olunmuş xam neftin 21 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 1,3 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 126,3 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 1 162,5 mln. dolları isə Azərbaycan Dövlət Neft Şirkətinin payına düşüb.

Qeyd edək ki, 2010-cu ildə ölkənin qeyri-neft ixracı 20% artaraq 1,4 mlrd. dollar təşkil edib.

(mln. doll.)

İxracın strukturu

 

2009-cu il

2010-cu il

Yanacaq-xammal məhsulları

20 217,3

25 398,6

- neft-qaz məhsulları

19 969,3

25 107,5

-digər xammal

247,8

291,1

Maşın və avadanlıq

257,0

336,1

İstehlak malları

594,3

725,6

Digər mallar

28,2

15,7

İxrac cəmi

21 096,8

26 476,0



Hesabat dövrü Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 6,746 mlrd. dollar təşkil edib. İstehlak malların idxalının ümumi dəyəri 2 954,3 mln. dollar olub ki, bunun da 1 050,4 mln. dolları ərzaq məhsullarının payına düşür:

(mln. doll.)

İdxalın strukturu

 

2009-cu il

2010-cu il

İstehlak malları

2 587,0

2 954,3

- ərzaq məhsulları

826,7

1 050,4

- qeyri-ərzaq məhsulları

1 760,3

1 903,9

İnvestisiya yönümlü mallar

773,3

689,0

Digər mallar

3 153,6

3 102,3

İdxal cəmi

6 513,9

6 745,6



Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xüsusi çəkisi 10,2% təşkil edən xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və bunun 81,1%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilən mallar təşkil edir. Bundan başqa ölkəyə ümumi məbləği 3 102,3 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR