“Muğanbank” müştərilərinə yeni xidmət təklif edir

“Muğanbank” müştərilərinə yeni xidmət təklif edir
# 01 aprel 2011 15:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Muğanbank” ASC müştərilərinə təklif edilən yeni xidmət çərçivəsində müştərilər kommunal xidmətlər, stasionar və mobil telefon ödənişlərinin, həmçinin internet və kabel TV ödənişlərini etmək üçün müxtəlif ödəniş qəbul məntəqələrinə deyil Bankın baş ofisinə və Bakıda, regionlarda yerləşən istənilən filialına yaxınlaşaraq “AgentPay” sistemi vasitəsilə bu xidmətlər üzrə ödənişlər edə bilərlər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hazırda bu sistemi vasitəsilə “Bakcell”, “Narmobile”, “Azerfon-Vodafone”, “Fonex”, “Aztelekom”, “CATEL”, “ADAnet”, “Bakıelektrikşəbəkə”, “Azeronline”, “Bakİnternet”, “AZDATACOM” şirkətlərinin xidmətləri üzrə ödənişləri həyata keçirmək mümkündür.

Gələcəkdə bu sistemlərə əlavə olaraq “Azercell”, “Azeurotel”, “Ultel”, “Azərsu”, “Azerigaz”, “Sumqayıtelektrikşəbəkə”, “Azərenerji”, “Hotnet”, “Connect”, “Avirtel”, “AzstarNet”, “Azerin”, “Uninet”, “Elcell”, “İntrans”, “Caspel”, “AzQtel”, “Extra”, “Superonline”, “Provayder.az” (Intranet), “AileTV,” “Digitürk”, “CATV” şirkətlərinin də qoşulması planlaşdırılır.

Əlavə olaraq əgər müştərinin internetə çıxışı varsa, o zaman evindən, ofisindən və iş yerindən ayrılmadan www.muganbank.az saytına daxil olaraq Fərdi Bankçılıq>İnternet ödəmələr bölməsindən plastik kartları ilə yuxarıda qeyd olunan ödəmələri həyata keçirə bilər. Hazırda internet vasitəsilə “Hotnet”, “Connect ADSL”, “Avirtel”, “AzstarNet”, “Provayder.az” (Intranet), “BBTV”, “Connect TV” üzrə və bir sıra digər ödənişlərin aparılması da artıq mümkündür.

Bundan əlavə, müştəri qeydiyyatdan keçərək “Billpay” vasitəsilə öz şəxsi kabinetini yaradaraq aylıq ödəmələrini “Muğanbank” ASC-ın plastik kartları vasitəsilə edə bilər. Bunun üçün o, abonent kodlarını, telefon nömrələrini və müqavilə nömrələrini öz şəxsi kabinetinində yalnız bir dəfə qeyd edir. Gələcəkdə hər dəfə həmin kodları yenidən daxil etmədən ödənişlər həyata keçirilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR