«Access Bank» sindikatlaşdırılmış xarici kreditin ilk tranşını alıb

«Access Bank» sindikatlaşdırılmış xarici kreditin ilk tranşını alıb
# 05 aprel 2011 14:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC Avstriya İnkişaf Bankının (OeEB) iştirakı ilə Niderland İnkişaf və Maliyyələşdirmə Şirkəti (FMO) tərəfindən veriləcək 20 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kreditin 10 mln. dollarlıq ilk tranşını alıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, üç il müddətinə ayrılan kredit Azərbaycanda mikro və kiçik biznesinlə bağlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 26 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR