BBVB-nin valyuta dövriyyəsi son bir ildə 81% artıb

BBVB-nin valyuta dövriyyəsi son bir ildə 81% artıb
# 06 aprel 2011 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən elektron əməliyyatlarının ümumi həcmi 263,987 mln. manat təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, yanvar-mart aylarında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 81% artıb. Belə ki, ötən ilin I rübündə keçirilən əməliyyətların ümumi həcmi 145,818 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR